Ərdoğan və Japarov Qazaxıstandakı vəziyyəti müzakirə ediblər


  • 19:24 / 06 01 2022 |
  • Bölmə: Siyasət


Türkiyə və Qırğızıstan prezidentləri Rəcəb Tayyib Ərdoğanla Sadır Japarov arasında telefon danışığı olub.

"Rupor" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilən söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri, o cümlədən regiondakı mövcud vəziyyət, Qazaxıstanda baş verən hadisələr müzakirə edilib.




Oxşar xəbərlər