NATO xarici işlər nazirləri Qazaxıstandakı vəziyyəti müzakirə etdilər


  • 21:53 / 07 01 2022 |
  • Bölmə: Siyasət / Dünya


NATO xarici İşlər Nazirləri Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.

"Rupor" xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

“NATO xarici işlər nazirləri Qazaxıstanda zorakılığın dayandırılmasını və vətəndaşların dinc etiraz hüququna hörmət edilməsini vacib hesab ediblər. Biz Qazaxıstandakı vəziyyəti diqqətlə izləyirik. Biz narahatıq və həlak olanlara görə təəssüf edirik. Zorakılığın dayandırılması və insan hüquqlarına, o cümlədən ifadə azadlığına və dinc etiraz hüququna hörmət edilməsi vacibdir”, - deyə baş katib vurğulayıb.



Oxşar xəbərlər