Türkiyə Qazaxıstanın yanındadır - Hulusi Akardan açıqlama


  • 20:26 / 08 01 2022 |
  • Bölmə: Siyasət / Hadisə



Türkiyənin milli müdafiə naziri Hulusi Akar media təmsilçiləri ilə görüşündə Qazaxıstandakı vəziyyətlə bağlı sualı cavablandırıb.

"Rupor" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, "Dostumuz Qazaxıstanla tarixi mədəni əlaqələrimiz, hərbi və təhsil sahəsində əməkdaşlığımız da daxil olmaqla müsbət münasibətlərimiz var" deyən Hulusi Akar əməkdaşlığın davam etdiyini xatırladıb və onu da vurğulayıb ki, Türkiy son hadisələri yaxından izləyir: 

"Qazaxıstan bizim mühüm müttəfiqimizdir. Qazaxıstanda sülh və əmin-amanlığın bərpası vacibdir. İnanırıq ki, Qazaxıstan, oradakı qardaşlarımız öz imkanları və qabiliyyətləri ilə bütün çətinliklərin öhdəsindən gələcək. Biz həmişə olduğu kimi bu gün də Qazaxıstanın yanındayıq".

Şair Abdulla




Oxşar xəbərlər