BMT Rusiya-ABŞ arasındakı təhlükəsizlik danışıqlarını alqışladı


  • 22:59 / 10 01 2022 |
  • Bölmə: Siyasət


BMT hələ də Rusiya və ABŞ nümayəndələri arasında Cenevrədə aparılan danışıqların nəticələrini öyrənir, lakin belə bir müzakirənin yüksək səviyyədə aparılması faktını alqışlayır.

“Rupor” xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

"Biz nə qərar verildiyini araşdırırıq. Həmişə yüksək səviyyəli dialoqu alqışlayırıq, xüsusən də BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü arasında", - o əlavə edib.

Qeyd edək ki, bu gün Cenevrədə təhlükəsizlik zəmanətləri üzrə Rusiya-Amerika məsləhətləşmələri başa çatıb.




Oxşar xəbərlər