Ərdoğan Azərbaycanla Türkiyə arasındakı memorandumu təsdiqlədi


  • 09:15 / 11 01 2022 |
  • Bölmə: Siyasət


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumunu təsdiqləyib.

"Rupor" Abadolu Agentliyinə istinadən xəbər verir ki, dövlət başçısının sərəncamı "Rəsmi qəzet"də dərc olunub.

İki ölkə arasında təbii qazın tədarükünə dair anlaşma memorandumu ötən ilin dekabrında imzalanıb.




Oxşar xəbərlər