"Tokayev türk dövlətlərindən kömək istəyə bilərdi" - Politoloq


  • 20:37 / 11 01 2022 |
  • Bölmə: Siyasət


"Türk dünyasının vəzifələrindən biri də öz üzvlərinin, öz soydaşlarını müdafiə etməkdir". 

Bu sözləri politoloq Elman Vəliyev "Rupor"a açıqlamasında deyib.

Politoloq daha sonra bildirib ki, dövlətlərin daxili işlərinə qarışmamaq kimi beynəlxalq prinsip də vardır:

"Qazaxıstandakı proseslər təngə gəlmiş xalqın ayağa qalxması idi, ancaq bu qalxmadan istifadə edərək proseslərin öz məcrasından çıxmasına şərait yaratdılar. Bu narazılıq Rusiyaya sərf edici oldu. Proseslər başlamazdan əvvəl Türkiyədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII zirvə görüşü keçirilmişdi və birliyin adı dəyişərək Türk Dövlətləri Təşkilatı adlandırılmışdı. Zənn edirəm ki, bu bir çoxlarında narahatlıq yaratmışdı".

Elman Vəliyev "Turan birliyinin" yaranmaması üçün, Türk dövlətlərinin bir araya gəlməməsi üçün, Mərkəzi Asiya dövlətlərinin vahid ideologiya ətrafında birləşməsi üçün, həmçinin qərbə tərəf inteqrasiya etməməsi üçün Qazaxıstanda başa verən proseslərdən Rusiyanın öz maraqları naminə istifadə elədiyini diqqətə çatdırıb.

"Tokayev kömək üçün Rusiya, Ermənistan yerinə  Türk dövlətlərindən, məsələn Türkiyədən yardım istəyə bilərdi. Nə qədər ki, türk dövlətləri birlik nümayiş sərgiləməsələr azadlıq uzaq görsənəcək!"

Eldar Orucov



Oxşar xəbərlər