ATƏT-dən sərhəddəki gərginliklə bağlı bəyanat


  • 22:51 / 12 01 2022 |
  • Bölmə: Siyasət


ATƏT-in Polşadakı hazırkı sədrliyi Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı dərin narahatlığını ifadə edir.

“Rupor” xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında dərc olunan bəyanatda deyilir. 

“Biz güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlayan siyasi dialoqu davam etdirməyə çağırırıq. Polşa ATƏT-ə sədrlik edərək regionda davamlı sülhün qurulması və davamlı inkişafı təşviq etmək üçün səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləməyə sadiqdir.

Biz bununla bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyirik. Biz həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Polşadan olan şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin işinin davam etdirilməsinə güclü dəstəyimizi bir daha bildiririk”, - deyə bəyanatda qeyd olunub.




Oxşar xəbərlər