Sülhməramlılar Qazaxıstandan Rusiyaya qayıtdı - Video


  • 23:54 / 13 01 2022 |
  • Bölmə: Siyasət


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingentinin sülhməramlıları Qazaxıstandan Rusiyaya qayıtmağa başlayıb.

“Rupor” Rusiya mediasına istinadən xəbər verir ki, sülhməramlıların daşınması Rusiyanın İl-76 təyyarələrində həyata keçirilir. Sülhməramlılar daimi dislokasiya yerinə - İvanovo vilayətinə çatdırılacaq. Bu iş üçün 4 təyyarə cəlb olunub. 

KTMT-nin qalan sülhməramlıları 10 gün ərzində ölkələrinə qayıdacaqlar.

Ümumilikdə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Tacikistandan olan iki mindən çox sülhməramlı Qazaxıstana göndərilib.





Oxşar xəbərlər