Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümüdür - Foto


  • 09:35 / 14 01 2022 |
  • Bölmə: Siyasət


“Əlaqələrimizi strateji səviyyədən müttəfiqliyə daşıyan Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyevin Şuşa Bəyannaməsinə atdıqları imzalar olub. Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü mübarək, qardaşlığımız əbədi olsun”.

"Rupor" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı  tviter hesabında yazıb. 

Qeyd edək ki, bu gün Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünüdür. Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.

Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılıb. 1993-cü ilin yanvarında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın baş konsulluqları təsis edilib. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.






Oxşar xəbərlər