Prezident Səyyad Aranı təltif etdi


  • 15:47 / 14 01 2022 |
  • Bölmə: Siyasət / Hadisə


Səyyad Adil oğlu Salahlı (Səyyad Aran) “Şöhrət” ordeni ilə təltif edilib.

"Rupor" AYB-az istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, S.Aran 1952-ci il yanvarın 15-də İmişli rayonunda anadan olub. Sabah onun 70 yaşı tamam olur. S.Aran 2012-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavinidir.




Oxşar xəbərlər