"Mühüm sənədləri biz hökmən imzalayacağıq" - Zelenski


  • 19:15 / 14 01 2022 |
  • Bölmə: Siyasət


"Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə gözəl, çox məzmunlu söhbətimiz oldu. Mən onu, onun komandasını, xüsusən indiki vaxtda, COVID-ə baxmayaraq Ukraynada görməyimə çox şadam. COVID həqiqətən ölkələrimiz üçün böyük təhdiddir. Lakin biz başa düşürük ki, COVID-lə mübarizə aparmalıyıq, görüşməliyik ki, gələcəkdə ölkələrimiz arasında gözəl münasibətləri inkişaf etdirək".

"Rupor" xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi geniş tərkibdə görüşündə deyib.

Zelenski daha sonra Ukraynanı, onların suverenliyini, dövlətlərimiz arasında mövcud olan birgə layihələri dəstəklədiyinə görə İlham Əliyevə təşəkkür edib. Daha sonra, həmin layihələrin gələcəkdə Ukrayna Azərbaycan münasibətlərini inkişaf etdirəcəyinə əmin olduğunu bildirib.

Ukrayna Prezidenti daha sonra qeyd edib:

"Bu gün biz bir neçə məsələni qaldırdıq: enerji xarakterli, infrastruktur, nəqliyyat məsələləri, hərbi-texniki əməkdaşlıq və sair – çoxlu məsələlər. Düşünürəm ki, aqrosənaye kompleksi məsələsi ən vacib məsələdir, ona görə ki, bu gün ərzaq təhlükəsizliyi təbabətdə təhlükəsizlik və ya dünyada prioritet olan enerji təhlükəsizliyi və müstəqillik ilə müqayisədə heç də az aktual deyil. Fikrimcə, bu birgə layihələrin başlanğıcı kimi mühüm sənədləri biz hökmən imzalayacağıq və bu layihələrin nazirliklər səviyyəsində tamamlanmasını davam etdirəcəyik. Azərbaycan Prezidentinə bir daha təşəkkür etmək istəyirəm ki, belə mürəkkəb bir zamanda Ukraynaya səfər üçün vaxt tapıb. Bu, birinci səfər deyil və artıq dəqiq başa düşürəm ki, sonuncu səfər də deyil".

Şair Abdulla



Oxşar xəbərlər