"Bu gün müzakirə etdiyimiz məsələlərin həyata keçəcəyinə əminəm" - İlham Əliyev


  • 19:24 / 14 01 2022 |
  • Bölmə: Siyasət


"Artıq iqtisadi sahədə canlanma var, baxmayaraq ki, pandemiya hələ davam edir. Amma ticarət dövriyyəmizin qalxmasına nəzər salsaq görərik ki, müsbət meyillər mövcuddur". 

"Rupor" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi geniş tərkibdə görüşündə deyib.

Prezident daha sonra bildirib:

"Bu gün müzakirə etdiyimiz və əminəm ki, həyata keçiriləcək məsələlər və layihələr bizim iqtisadi əməkdaşlığımızı dərinləşdirəcək. Ənənəvi olaraq, energetika sektorunda bizim əməkdaşlığımız var, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR uzun illər Ukraynada fəaliyyət göstərir və bu fəaliyyəti genişləndirmək istəyir. Nəqliyyat, kənd təsərrüfatı, turizm sektorlarının da böyük perspektivləri var. Əsas odur ki, hökumətlərarası komissiya bütün bu məsələləri geniş təhlil edib konkret qərarların hazırlanması ilə bağlı bundan sonra da fəal məşğul olsun".

Ölkə başçısı komissiyanın fəaliyyətini müsbət qiymətləndirdiyini və müxtəlif dövlət qurumları arasındakı təmasların da son vaxtlar daha intensiv xarakter aldığını vurğulayıb:

"Həm qarşılıqlı səfərlər, eyni zamanda, telefon vasitəsilə təmaslar bir çox məsələlərin həllinə xidmət göstərir. Ukrayna ilə Azərbaycan arasında uzun illər qarşılıqlı surətdə faydalı əlaqələr davam edir. Əminəm ki, bu səfərdən sonra biz əməkdaşlığımızın daha da dərinləşməsini, bütün sahələrdə dərinləşməsini görəcəyik. Bir daha dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm".

Şair Abdulla





Oxşar xəbərlər