Moskva Ukraynanın “çörək səbəti”ni dirçəltmək istəyir - - Konqresmen


  • 23:13 / 16 01 2022 |
  • Bölmə: Siyasət / Dünya


ABŞ və Rusiya yenidən “soyuq müharibə” vəziyyətindədir.

Rupor xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin ən yüksək səviyyəli respublikaçı üzvü Maykl Makkal bunu CNN telekanalına açıqlamasında deyib. Konqresmenin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin “zəifliyin iyini hiss edib”.
Makkol hesab edir ki, Moskva Ukraynanın “çörək səbəti” olduğu “sovet imperiyasını” dirçəltmək istəyir: “Eyni zamanda, Vaşinqton Moskvanı cilovlamaq üçün kifayət qədər iş görmür. Ritorika var, amma hərəkət yoxdur".

O, getdikcə daha çox Rusiyaya qarşı sanksiyaları tətbiq etməyi, həmçinin Kiyevə silah satmağı təklif edib.

Xatırladaq ki, daha əvvəl CNN-ə müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, ABŞ-da təklif edilən, Rusiya rəhbərliyinin üzvlərinə məhdudiyyətlər də daxil olmaqla yeni sanksiyaları Vaşinqtonla Moskva arasında münasibətlərin pozulmasına səbəb ola bilər: “Bu münasibətlərin pozulması nə Rusiyaya, nə də ABŞ-a lazımdır”.




Oxşar xəbərlər