“Dövlət qulluğu haqqında" qərarda dəyişiklik - Əli Əsədov imzaladı


  • 11:30 / 17 01 2022 |
  • Bölmə: Siyasət / İqtisadiyyat


Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.

"Rupor" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib.

Sıra
№-si

Aylıq vəzifə maaşının məbləği
(manatla)
1.Ali kateqoriya dövlət orqanlarında370
2.1-ci kateqoriya dövlət orqanlarında355
3.2-ci və 3-cü kateqoriya dövlət orqanlarında335
4.4-cü və 5-ci kateqoriya dövlət orqanlarında315

Qeyd edək ki, əvvəl dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları aşağıdakı məbləğdə müəyyən edilmişdi.

Sıra
№-si

Aylıq vəzifə maaşının məbləği
(manatla)
1.Ali kateqoriya dövlət orqanlarında310
2.1-ci kateqoriya dövlət orqanlarında295
3.2-ci və 3-cü kateqoriya dövlət orqanlarında280
4.4-cü və 5-ci kateqoriya dövlət orqanlarında260




Oxşar xəbərlər