Bu qadını İnterpol axtarır


  • 16:37 / 17 01 2022 |
  • Bölmə: Siyasət / Hadisə


Azərbaycanın hüquq-mühafizə orqanları insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib.

"Rupor" xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Bildirilib ki, 35 yaşlı Ruhəngiz Orucova insan alverində təqsirləndirilir.

Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən R. Orucova təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.




Oxşar xəbərlər