"Türkiyə ilə danışıqlara görə mən cavabdehəm" - Paşinyan


  • 22:16 / 19 01 2022 |
  • Bölmə: Siyasət


“Ermənistanın Türkiyə ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Ruben Rubinyanın hərəkətlərinə görə mən cavabdehəm”.

“Rupor” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan hökumətinin başçısı Nikol Paşinyan parlamentdə hökumət saatında deyib.

"Mən Ruben Rubinyana bu səlahiyyətlərin verilməsi barədə qərar qəbul etmişəm. Siyasi məqsədəuyğunluğu əsas götürərək qərar vermişəm. Rubinyan mənə, Təhlükəsizlik Şurasına və ümumilikdə Ermənistan xalqına cavabdehdir", - Paşinyan deyib.

Deputat Geqam Manukyan Rubinyanın təyinatı ilə bağlı hər hansı yazılı sənədin olub-olmadığını soruşub. Millət vəkili xatırladıb ki, Rubinyanın təyinatı ilə bağlı Paşinyanın imzası ilə heç bir sənəd yoxdur.

Paşinyan cavab verib ki, kimin danışıqlar aparacağından asılı olmayaraq, prosesə görə tam məsuliyyəti şəxsən özü daşıyır:

“Sən nə danışırsan, kim olursa olsun. Mən onun əməllərinə görə tam məsuliyyət daşıyacağımı nəzərə alaraq ona bu səlahiyyətləri vermişəm”.




Oxşar xəbərlər