Səfirdən paylaşım: “Bu gecə qərənfillərin ağladığı gecə


  • 10:05 / 20 01 2022 |
  • Bölmə: Siyasət


Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

"Rupor"un məlumatına görə, diplomat bununla bağlı "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda bildirilir: “Bu gecə qərənfillərin ağladığı gecə, bu gün Günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda müstəqillik, azadlıq uğrunda şəhid olan can qardaşlarımızın xatirəsini hörmət və ehtitamla anırıq. Ruhları şad, məkanları cənnət olsun. Onları unutmayacağıq”.








Oxşar xəbərlər