
20 Yanvar Ümümxalq Hüzn Günündə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov və səfirliyin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər.
Səfirlikdən "Rupor"a daxil olan məlumatda bildirilir:
"Müstəqillik, azadlıq və ədalət uğrunda həlak olmuş Azərbaycan vətəndaşlarının əziz xatirəsini ehtiramla yad edirik".

