"Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşümüzü gözləyirik" - Aİ-nin xüsusi nümayəndəsi


  • 14:11 / 20 01 2022 |
  • Bölmə: Siyasət


Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana səfər edəcək.

"Rupor" bu barədə onun "Twitter" səhifəsinə istinadən xəbər verir.

T.Klaar bildirib ki, səfəri fransalı həmkarları ilə birgə etməyi planlaşdırır.

"Brüssel görüşündən sonra Aİ-Fransa birgə səfəri çərçivəsində regiona qayıtmaqdan məmnunam. Səbirsizliklə yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərlikləri ilə görüşümüzü gözləyirik", - deyə o bildirib.




Oxşar xəbərlər