Azərbaycanın Ukraynadakı ilk səfirinin adı əbədiləşdirilir


  • 23:51 / 21 01 2022 |
  • Bölmə: Siyasət


Kiyev Milli Universitetində Azərbaycanın tarixi şəxsiyyəti, dövlət xadimi, Ukraynada ilk səfiri (1920-ci il) olmuş yazıçı Yusif Vəzir Çəmənzəminli adına auditoriya yaradılacaq.

"Rupor" xəbər verir ki, “Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyev Milli Universitetinin rektoru professor Vladimir Buqrov və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bununla bağlı anlaşma memorandumu imzalayıblar.

Memoranduma əsasən, universitetin hüquq fakültəsinin 243 saylı auditoriyasına Yusif Vəzir Çəmənzəminlinin adı verilib. Auditoriya səfirliyin maliyyə dəstəyi ilə təmir olunub.

Yusif Vəzir Çəmənzəminlinin arxivindən əlyazmaların, diplom və sənədlərin surətləri, şəkillər səfir Elmira Axundovanın təşəbbüsü ilə auditoriyaya təqdim edilib. Auditoriyada, həmçinin müasir müstəqil Azərbaycana, ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə aid guşə də yaradılıb.

Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının xəritələri, Qarabağ xalçası da auditoriyada yer alıb.

Auditoriyanın qarşısında Yusif Vəzir Çəmənzəminlinin barelyefi qoyulacaq. Barelyefin müəllifir Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovdur.




Oxşar xəbərlər