Qarabağdakı erməni quldurları Fransanın çətiri atında gizlənirlər - Deputatdan açıqlama


  • 11:20 / 22 01 2022 |
  • Bölmə: Siyasət / Hadisə


“Separatçı qurum və onların tör-töküntüləri də başa düşürlər ki, ən çoxu kimlərinsə əlində vasitə və oyuncaq ola bilərlər. Çünki hazırda onların statusu quldur dəstəsindən və ya terror təşkilatlarından heç nə ilə fərqlənmir". 

"Rupor" xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirib.  

Deputat qeyd edib ki, sual oluna bilər, onlar hansı vəsaitlə ordu saxlayırlar, idarəçi aparata malikdirlər, hansı sənaye potensialları var? Yaxud nə vaxta qədər öz havadarlarının maddi dəstəyi ilə yaşayacaqlar və ya daha doğrusu mövcud olacaqlar? 

Arzu Nağıyev daha sonra vurğulayıb: "Fransalı prezidentliyə namizəd Valeri Perkes və digərlərinin qanunsuz, daha doğrusu, qaçaq yolla gələrək, bir ovuc tör-töküntü ilə görüşməsi quldur dəstələrini hansısa xam xəyallarla yaşamağa ürəkləndirir. "Peşəkar ordu" adı ilə regiona yenə də terror dəstələrini gətirməyə yönəlik meyllər artıb. Son vaxtlar Ermənistan da onlardan üz döndərib, diaspora ümumiyyətlə, az miqdarda maddi dəstək göstərsə də, heç bir perspektivə inanmır".

A.Nağıyevin sözlərinə görə, bu quldurlar hələ ki, sülhməramlı missiyanın arxasında gizlənərək müxtəlif ləyaqətsiz, şərəfsiz bəyanatlar səsləndirilər:

“Bilirlər ki, ən yaxşı halda onların vasitəsilə qaça biləcəklər. Artıq yerli əhali də başa düşür ki, sonluq o qədər də uzaqda deyil: ya gizli yolla qaçmaq, ya da bir-bir məhv edilmək, eyni zamanda beynəlxalq hüquq müstəvisində mühakimə olmaq onların qisməti, son dayanacaqlarıdır. Məlumdur ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən  Araik Arutunyana qarşı Cinayət Məcəlləsinin 15 maddəsi ilə cinayət işi qaldırılıb və axtarışdadır. Bu maddələrin ən ağır maddələr olduğunu o, özü də başa düşür və sonluğun çox acınacaqlı olacağını dərk edir. Sadəcə olaraq həm özü, həm də komandası bu gün Fransa və digər havadarların çətir altında gizlənirlər”.

Deputatın sözlərinə görə, tərəfimizdən istər antiterror, istərsə də digər əməliyyatların keçirilməsi mümkündür ki, bu cinayətkarların sonuna çıxaq:

“Lakin hazırda əsas məsələ sərhədlərin tam bağlanması, yəni delimitasiya və demarkasiya prosesləri, Ermənistanı sülh sazişini imzalamağa məcbur etmək və ərazi bütövlüyümüzün tanınması, təbii ki, böyük qayıdışı həyata keçirməkdir. Zənnimcə, bu məsələlərin həlli Arutinyan və digərlərinin sonu deməkdir”.



Oxşar xəbərlər