Yüzlərlə ziyalı Sahibə Qafarovaya müraciət ünvanladı


  • 18:11 / 06 04 2022 |
  • Bölmə: Siyasət / Hadisə


219 nəfər ziyalı Milli Məclisin sədri sahibə Qaafaraovaya müraciət ünvanlayıblar. 

"Rupor" həmin müraciətin mətnini təqdim edir: 

Hörmətli Sahibə xanım!

 
İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə müraciət edirik. Xalqımızın mənəvi sərvəti, dövlət müstəqilliyinin başlıca rəmzlərindən olan Azərbaycan dilinin öz ana yurdunda hörmətsizliyə məruz qaldığını artıq görməmək olmur. Bakının küçə və prospektləri əcnəbi dillər tərəfindən “işğal olunub”.  “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin keçirdiyi monitorinq zamanı məlum olub ki, paytaxtın mərkəzi küçə və prospektlərdə ticarət və xidmət obyektlərinin 70-80 faizində dövlət dilindən istifadə edilmir. Bəzi yerlərdə vəziyyət daha acınacaqlıdır. Məsələn, Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da (!) Azərbaycan dilindən istifadə edilməyib. Ötən illərdə məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri  Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə eyni məzmunlu müraciətlər edilmişdir.
Bu məktublar ən yaxşı halda Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə  (ADRA) göndərilir. ADRA nümayəndələri isə sahibkarlıq subyektlərindən problemi aradan qaldırmaq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əməl edilməsini tələb etmək əvəzinə, bütün bu pozuntuların qanuni olduğunu izah etməyə çalışırlar. Belə görünür, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər.
 
Hörmətli Sahibə xanım!

 
1. Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur. Bakı küçələrində müşahidə edilən dil mənzərəsi qeyd-şərtsiz mədəni-linqvistik ekspansiyadır və əsas məqsəd xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir. Bunun qarşısı alınmalıdır.
2. “Dövlət dili haqqında” qanuna əməl edilməməsi, Bakının, eləcə də artıq digər şəhərlərimizin millilik elementlərinin get-gedə yoxa çıxması, ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan dilimizi sıxışdırması təkcə ədəbi dilə qarşı hörmətsizlik deyil, həm də dövlətimizin rəsmi azərbaycançılıq ideologiyası ilə daban-dabana ziddir. Sanki bu təhdid nəzərə alınaraq hələ 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.
3. Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması təsbit edilib (maddə 21). Bu, o deməkdir ki, istər dövlət, hökumət strukturları, istərsə də özəl sektor subyektləri vətəndaşlarla ünsiyyəti bu dildə qurmalıdır. Ticarət və xidmət obyektləri vətəndaşlara xidmət edir, həmin obyektlərin üzərindəki yazı vətəndaşlarla ünsiyyət üçündür və bu ünsiyyət dövlət dilində olmalıdır.
4. Azərbaycan dilinin dövlət dili kimi ölkənin siyasi, ictimai, iqtisadi (ticarət və digər xidmətlər iqtisadi fəaliyyət sahəsidir), elmi və mədəni həyatının bütün sahələrində işlədilməsi qanunun tələbidir (“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 1.2. maddəsi)
5. Yenə həmin Qanunda (maddə 17) dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının…” adında işlədilməsi tələb edilir. Eləcə də qanunda qeyd edilir: “…göstərilən təsisatların adını əks etdirən lövhələr… dövlət dilində tərtib olunur”.
6. Yenə həmin Qanuna görə, “… bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır” (maddə 18.1.).
7. Bakının küçələrində Azərbaycan dilində yazılan lövhələrdə hətta orta məktəb şagirdlərinin tuta biləcəyi minlərlə (!) leksik, orfoqrafik, qrammatik və punktuasiya səhvləri var. Belə kobud səhvlər dövlət orqanlarının nüfuzuna ağır zərbə vurmurmu?
 
Hörmətli Sahibə xanım!
Deyilənləri nəzərə alaraq, dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi səlahiyyətlərinizdən istifadə edərək müvafiq tədbirlər görməyinizi xahiş edirik. Həmçinin istərdik ki, bir sıra əlavə məqamlara aydınlıq gətirmək üçün müraciəti imzalayanlardan bir neçə nəfəri şəxsən qəbul edəsiniz.

Hörmətlə
 
1.         Solmaz Rüstəmova-Tohidi, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor
2.         Xəlil Yusifli, Əməkdar elm xadimi, professor
3.         Fəxrəddin Veysəlli, filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru
4.         Qəzənfər Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, professor
5.         Aida Qasımova, Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor
6.         Zümrüd Dadaşzadə, Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, professor
7.         Fazil Mustafa, millət vəkili
8.         Mənsim Məmmədov, fizika-riyaziyyat elmləri namizədi, BAAU-nun professoru
9.         Mayıl Əsgərov, filologiya elmləri doktoru, professor
10.       Ədalət Tahirzadə, Bakı Avrasiya Universiteti, professor
11.       Gülzar İbrahimova, siyasi elmlər doktoru, professor
12.       Tərlan Quliyev, filologiya elmlər doktoru, Bakı Musiqi Akademiyası, professor
13.       Seyfəddin Rzasoy, AMEA Folklor İnstitutunda şöbə müdiri, filologiya elmləri doktoru, professor
14.       Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü, Amerika Fəlsəfə Assosiasiyasının və UNESCO nəzdində Filosof Qadınlar Cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti
15.       Qorxmaz Quliyev, filologiya üzrə elmlər doktoru, professor
16.       Məzahir Ertuğ Avşar, Antalya Ağdəniz Universiteti, professor, rəssam
17.       Toğrul İsmayıl, Kahramanmaraş Şütcü İmam Üniversiteti, professor
18.       Tahirə Allahyarova, professor.
19.       Rafiq Yusifoğlu, şair, ədəbiyyatşünas, professor
20.       Kamil Bəşirov, filologiya elmləri doktoru, ADPU, professor
21.       Xaləddin İbrahimli, professor
22.       Esmira Fuad, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsini aparıcı elmi işçisi, dosent
23.       Əkrəm Bağırov, AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
24.       Səidə Qafarova, ADU, dosent
25.       Aygün Kərimova, Bakı Dövlət Universiteti, fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru
26.       Şəkər Orucova, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, dosent
27.       Səadət Şıxıyeva, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent
28.       Elmira Məmmədova-Kekeç, AMEA Şərqşünaslıq İnstitutu, dosent
29.       Könül Hacıyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
30.       Aybəniz Rəhimova, filologiya üzrə fəlsəfə doktoru, dosent
31.       Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru, dosent
32.       Güldəniz Qocayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
33.       Afina Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent
34.       Mütəllim Rəhimov, fəlsəfə elmləri namizədi, dosent
35.       Əjdər Yunusov, tarix elmləri namizədi, dosent
36.       Seyfəddin Altaylı, dosent
37.       Ədalət Abbasov, filologiya üzrə fəlsəfə doktoru, dosent
38.       Pərvanə Məmmədli, fəlsəfə doktoru, dosent, ədəbiyyatşünas
39.       Aybəniz Kəngərli, filologiya elmləri doktoru
40.       Natella Quliyeva, Bakı Avrasiya Universitetində dekan müavini, dosent
41.       Salman Süleymanov, filologiya üzrə fəlsəfə doktoru, dosent
42.       Zəhra Allahverdiyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, dosent
43.       Dilşad Veysəlova, filologiya üzrə fəlsəfə doktoru, dosent
44.       Alı Balayev, AMEA Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent
45.       Kəmalə Qəhrəman, BDU, dosent
46.       Əlövsət Allahverdiyev, hüquq üzrə fəlsəfə doktoru, dosent
47.       Elza Mollayeva, BDU, “Pedaqogika” kafedrasının dosenti
48.       Məmmədəli Babaşlı, AMEA Şərqşqnaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, dosent
49.       Səadət Kərimi, İsveç Umea Universitetində elmi işçi və lektor/dosent
50.       Nuridə Novruzova, Bskı Slavyan Universitetinin dosenti
51.       Şəhla Məcidova, filologiya üzrə fəlsəfə doktoru
52.       Şəlalə Mahmudova, ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru
53.       Ramazan Qafarlı, filologiya elmləri doktoru
54.       Şükür Mustafa, kimya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
55.       Dilrüba Cəfərova, filologiya üzrə fəlsəfə doktoru
56.       Aygün Həsənoğlu. Yazıçı-dramaturq, filologiya üzrə fəlsəfə doktoru
57.       Ruslan Abdullayev, dosent, filologiya üzrə fəlsəfə doktoru
58.       Yeganə Hüseynova, Gəncə Dövlət Universiteti, müəllim, filologiya üzrə fəlsəfə doktoru
59.       Hafiz Rüstəm, şair-publisist, şərqşünas
60.       Araz Qurbanov, jurnalist
61.        Səhər Əhməd, şair
62.       Qurban Yaquboğlu, yazıçı, AYB üzvü
63.       Sevinc Nəzərli, İsveç Azərbaycan Dram Teatrının bədii rəhbəri
64.       Sona Cabbarzadə. AMEA Əlyazmalar İnstitutunun əməkdaşı
65.       Yeganə Məmmədova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü
66.       Jalə İsmayıl, redaktor
67.       Vasif Sadıqlı, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri
68.       Çiçək Hüseynova, Bakı Avrasiya Universiteti, müəllim
69.       Mirzə Ənsərli, AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi
70.       Aynurə Əliyeva, ADPU-da müəllim
71.       Şəfayət Avılbəyli, Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi
72.       Rəna Bağırova, Müdafiə Sənayesi Nazirliyi, Aerokosmik agentlikdə aparıcı elmi işçi
73.       Zəminə Rüstəmbəyli, türkoloq
74.       Turanə Zeynalova, Bakı Avrasiya Universitetində müəllim
75.       Sevinc Talıbova, Bakı Avrasiya Universitetində müəllim
76.       Əlirza Balayev, əməkdar jurnalist
77.       Əlövsət Əmirbəyli, Xəzər universiteti, İctimai əlaqələr və media üzrə direktor
78.       Mehriban Sərdarova, ADPU, Elmi-Tədqiqat Mərkəzinin kiçik elmi işçisi
79.       Nəriman Əbdülrəhmanlı, yazıçı
80.       Sülhiyyə Musaqızı, yazıçı-jurnalist
81.       Natəvan Bağırova, filoloq
82.       Gülyaz Əliyeva, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədr müavini
83.       Pərvanə Bayramqızı, yazıçı
84.       Afiq Muxtaroğlu, AYB üzvü, Niderland Krallığı
85.       Ayaz İmranoğlu, “İnamın gəlişi” qəzetinin baş redaktoru
86.       İlqar Türkoğlu, AYB və Dünya Türk Yazarlar Birliyinin üzvü
87.       Mahir Qafarov, rejissor
88.       Şeyda Nəsibli, jurnalist
89.       Rəsul Mirhəşimli, “avropa.info” saytının baş redaktoru
90.       Rəfael Tağızadə, şair-publisist
91.       Gülnarə Rəfiq – “Konservatoriya” elmi jurnalının məsul katibi, “Tərəqqi” medalı laureatı
92.       İsmayıl Tanrıverdi, BDU-nun Erməni Araşdırmaları Mərkəzinin direktoru
93.       Zaur Ustac, yazıçı
94.       Nadir Qocabəyli, yazıçı
95.       Aygün Mirzəyeva, ingilis dili müəllimi
96.       Pərvanə Qədirsoy, müəllim
97.       Həcər Paşayeva, müəllim
98.       Cahan Quliyeva
99.       Könül Aydın, filoloq
100.     Məhsəti Şərif, jurnalist
101.     Fizzə Heydərova, jurnalist
102.     Elmira Cəfərqızı, filoloq
103.     Vüsalə Məmmədli, müəllim
104.     Etibar Sadiqov
105.     Ismayıl Məmmədov, Lerik Rayon Mədəniyyət Mərkəzinin metodisti
106.     Vəfa Ibrahimli, Azərbaycan dili və ədəbiyyat müəllimi
107.     Sevil Gültən, tərcüməçi
108.     Gulnar İbadova. AMEA dissertant. Ərəb dili müəllimi və tərcüməçi
109.     İlyas Babaşzadə, mühəndis
110.     Aynur Bəşirova, Azərbaycan dili və ədəbiyyat müəllimi
111.     Səbinə İmanova, müəllim
112.     Nabat Abdullayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
113.     Məleykə Əliyeva, müəllim
114.     Xanımgül Həsənova, müəllim
115.     Vaqif Osmanov, hidrometeoroloq
116.     Nərmın Qasımova, müəllım
117.     Gülçöhrə Xəlilova, Azərbaycan dili və ədəbiyyat müəllimi
118.     Səadət İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
119.     Mustafakamal İslamov, mühəndis
120.     Firuz Cəfərli, iş adamı
121.     Aida İskəndərova, Azərbaycan dili və ədəbiyyat müəllimi, “Tərəqqi”medalı laureatı
122.     Esmira İsmayılova, jurnalist
123.     Sürəyya Zeynalova, Azərbaycan dili və ədəbiyyat müəllimi
124.     Əminə Mərdanova, təqaüddə olan həkim
125.     Zahir Cövziyev, mühəndis
126.     Sürəyya Allahverdiyeva, təqaüdçü
127.     Asif Abbaslı, Azərbaycan dili və ədəbiyyat müəllimi
128.     Famil Cəfərli, jurnalist
129.     Aygül Şərifova, Azərbaycan dili və ədəbiyyat müəllimi
130.     Anar Mahmudov, tərcüməçi
131.     Zeynəb Qurbanlı, tələbə
132.     Zümrüd Məmmədzadə, Quba ş. H. Əliyev adına 1 saylı tam orta məktəb, Azərbaycan dili və ədəbiyyat müəllimi
133.     Mətanət Paşayeva, Elmi Kardiologiya İnstitutunda elmi işçi, dissertant həkim, kardioloq-reanimatoloq
134.     Zoya Məmmədova, pensiyaçı müəllim
135.     Sima Cəfərova, Bakı Avrasiya Universitetində kitabxana və informasiya mərkəzinin müdiri
136.     Rafiz Kərimov, mühəndis, təqaüdçü
137.     İsa Mehralıyev, “Kriogen” MMC-də baş mühəndis
138.     Zakir Cəfərov, mühəndis, təqaüdçü
139.     Məftunə Kərimova, orta məktəbdə direktor müavini
140.     Sahirə Məmmədova, Füzuli rayon 27 nömrəli orta məktəbin direktoru
141.     Şəfiqə Əhmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
142.     Sakitə Qulamova, Azərbaycan dili və ədəbiyyat müəllimi
143.     Elsevər Hüseynoğlu, materilaşünas mühəndis
144.     Təravət Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
145.     Elxan Ağayev, Azərbaycan dili və ədəbiyyat müəllimi
146.     Siddiqə Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
147.     Aynur Ələkbərova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
148.     Həsən Əliyev, təqaüdçü müəllim
149.     Aybəniz Zeynalova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
150.     Gülnar Xəlilova, təqaüdçü həkim-pediatr
151.     Rəmzi Sadıqlı, mühəndis
152.     Haşım Əkbətov, həkim
153.     Şakira Bədəlova, təlim-tərbiyə üzrə direktor müavini
154.     Leyli İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
155.     Şəhla Soltanova, Azərbaycan dili və ədəbiyyat müəllimi
156.     Aytəkin Axundzadə, Azərbaycan dili və ədəbiyyat müəllimi
157.     Səkinə Novruzova, Azərbaycan dili və ədəbiyyat müəllimi
158.     Validə Məmmədova, müəllim
159.     Təhminə Əsgərli, Azərbaycan dili və ədəbiyyat müəllimi
160.     Aysel Xanaliyeva, Təhsil İnstitutunun aparıcı mütəxəssisi, filoloq
161.     Firəngiz Əsgərzadə, təqaüdçü
162.     Səhlədar Hidayətoğlu
163.     İbrahim Babayev, iqtisadçı-mühəndis
164.     Əbilov Təmşiət, Azərbaycan dili və ədəbiyyat müəllimi
165.     Röyadə Musayeva, ibtidai sinif müəllimi
166.     Qaraş Əkbərov, Azərbaycan dili və ədəbiyyat müəllimi
167.     Xatirə Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
168.     Rəvanə Sadıqlı, Azərbaycan dili və ədəbiyyat müəllimi
169.     Aygün Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
170.     Aynur Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
171.     Vəfa Hətəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
172.     Məmməd Məhəmmədov, riyaziyyat müəllimi
173.     Məmmədağa Nuriyev Azərbaycan dili və ədəbiyyat müəllimi
174.     Ramil Tanrıverdi, tarix müəllimi
175.     Azər Quliyev, Azərbaycan dili və ədəbiyyat müəllimi
176.     Mir Nazim Mirişov, politoloq
177.     Aytac Əliyarlı, Azərbaycan dili və ədəbiyyat müəllimi
178.     Aysel Tahirzadə, tarix müəllimi
179.     Şəmsiyyə İbadova, fizika müəllimi
180.     Zümrüd Quliyeva, riyaziyyat müəllimi
181.     Məleykə Mehdiyeva, informatika müəllimi
182.     Ülviyyə Hüseynova, müəllimi
183.     Vüsalə Musayeva, ingilis dili müəllimi
184.     Gülnar Əzimova, informatika müəllimi
185.     Gülşən Hüseynova, rus dili müəllimi
186.     Gülgün Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
187.     Aygül Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
188.     Nuriyyə İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
189.     Böyükxanım Qarayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
190.     Bahar Ağayeva, filoloq
191.     Natəvan Rzayeva, filoloq
192.     Məlahət Mustafayeva, filoloq
193.     Rasimə Ağamalıyeva, filoloq
194.     Məryəm Quliyeva, ingilis dili müəllimi
195.     Sevda Mustafayeva, filoloq
196.     Töhfə Bilalova, kimya müəllimi
197.     Mahirə Məmmədova, ingilis dili müəllimi
198.     Nərminə Məmmədova, filoloq
199.     Səadət Ələsgərova, filoloq
200.     Firəngiz İmanova, filoloq
201.     İradə Əmrahova, filoloq
202.     Zinyət Ağaşirinova, filoloq
203.     Xurşud Rüstəmova, ingilis dili müəllimi
204.     Şamaxı Cəbiyeva, ibtidai sinif müəllimi
205.     Əntiqə Həsənova, ingilis dili müəllimi
206.     Aida Rzayeva, ibtidai sinif müəllimi
207.     Tünzalə Mahmudova, filoloq
208.     Sədaqət Salayeva, fizika müəllimi
209.     Arzu Məcidova, riyaziyyat müəllimi
210.     Şükufə Cəbiyeva, riyaziyyat müəllimi
211.     Mətanət Əliyeva, tarix müəllimi
212.     Xalidə Həsənova, əmək müəllimi
213.     Pəri Mehrani, filoloq
214.     Səidə Sideifzadə, filoloq
215.     Afaq Qəmbərova, jurnalist
216.     Səxavət Tağlar, Azərbaycan dili və ədəbiyyat müəllimi
217.     Ruslan İbayev, Azərbaycan dili və ədəbiyyat müəllimi
218.     Könül Aydın (Mingəçevir), Azərbaycan dili və ədəbiyyat müəllimi
219.     Alagöz Əlizadə, mühasib
 
 Müraciətin mətninin adları yuxarıda qeyd edilən şəxslər tərəfindən müzakirə olunaraq qəbul edildiyini imzamla təsdiq edirəm:                                    Vasif Sadıqlı

                                                        
      Əlaqə telefonu: 055 735 43 90
       e-poçt:
[email protected]                                                                             

6 aprel 2022-ci il 



Oxşar xəbərlər