Çavuşoğludan Parisə xəbərdarlıq: Konkret addımlar…


  • 15:44 / 13 05 2022 |
  • Bölmə: Siyasət / Hadisə


Missiyaları qorumaq üçün məsuliyyət ev sahibi ölkənin üzərinə düşür. Biz Fransanın konkret addımlarını görmək istəyirik.

"Rupor" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Parisdə Türkiyə Baş Konsulluğuna edilən hücumla bağlı danışarkən deyib.

"Lazımi əlaqələri qurduq. Gözləntilərimizi Fransanın Ankaradakı müvəqqəti işlər vəkilinə açıq şəkildə bildirdik. Belə bir hücumun təkrarlanmaması üçün lazımi tədbirlər görmələrini xatırlatdıq", - Çavuşoğlu bildirib.

Qeyd edək ki, dünən Fransanın paytaxtı Parisdə Türkiyə Baş Konsulluğuna əldəqayırma partlayıcı predmet atılıb.



Oxşar xəbərlər