İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Rizədə görüşdülər - Yeniləndi


  • 16:30 / 14 05 2022 |
  • Bölmə: Gündəm / Siyasət / Hadisə


Mayın 14-də Türkiyənin Rizə şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.


"Rupor" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq.

"Rupor" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Görüş Türkiyənin Rizə şəhərində keçiriləcək. Dövlət başçıları Rizə-Artvin hava limanının açılış mərasimində iştirak etdikdən sonra bir araya gələcəklər.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. Azərbaycan və Türkiyə prezidentləri Rizə-Artvin hava limanının açılış mərasimində iştirak edəcək. Hava limanına ilk enişi İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təyyarələri edəcək.




Oxşar xəbərlər