Qırğızıstan parlamentinin sədr müavini Azərbaycana gəlib


  • 12:33 / 16 05 2022 |
  • Bölmə: Siyasət


Mayın 16-da Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovun başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Milli Məclisdən "Rupor"a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Qırğızıstan parlament nümayəndə heyətini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, Qırğızıstanın Azərbaycandakı səfiri Kairat Osmonaliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər mayın 18-də başa çatacaq.




Oxşar xəbərlər