Makrondan İsveçə dəstək


  • 19:26 / 16 05 2022 |
  • Bölmə: Siyasət / Hadisə


“Fransa Prezidenti Emmanuel Makron İsveçin NATO-ya üzv olmaq qərarını tam dəstəkləyir”.

"Rupor" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayından bildirilib.

Ötən bazar İsveçin hakim Sosial Demokrat Partiyası NATO-ya üzvlük üçün müraciət etmək qərarını açıqlayıb. İsveçin baş naziri Maqdalena Andersson bildirib ki, NATO-ya üzv olmaq ölkənin və İsveç xalqının təhlükəsizliyinə müsbət təsir göstərəcək.

Yelisey sarayının məlumatında deyilir:

“Respublika prezidenti İsveçin mümkün qədər tez NATO-ya daxil olmaq haqqında suveren qərarını tam dəstəkləyir. Bundan əvvəl Makron eyni şəkildə Finlandiyanın alyansa daxil olmasını dəstəkləmişdi. KİV-in məlumatına görə, İsveç hökuməti artıq NATO-ya ərizə məktubu hazırlayıb, onun Finlandiya ilə eyni vaxtda göndərilməsi planlaşdırılır”.



Oxşar xəbərlər