İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya yola düşüblər


  • 10:49 / 18 05 2022 |
  • Bölmə: Siyasət


İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərə yola düşüblər.

"Rupor" xəbər verir ki, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədilər.



Oxşar xəbərlər