"Rusiya ordusu NATO-ya qarşı döyüşür" - Kadırov


  • 15:06 / 18 05 2022 |
  • Bölmə: Siyasət / Hadisə


“Rusiya ordusu bu gün Ukraynaya qarşı deyil, NATO-ya qarşı döyüşür”. 

"Rupor" xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.

“Almaniya lideri özünü dövlət başçısı kimi yox, şizofreniya xəstəsi kimi aparır. Onu dünya qaydaları maraqlandırmır. Və bu gün biz Ukrayna və Bandera ilə deyil, NATO ilə vuruşuruq”, - Çeçenistan rəhbəri qeyd edib.

Kadırov Ukraynadakı müharibənin gedişindən danışaraq bildirib ki, “Əvvəlcə səhvlər, bir az qüsurlar var idi, lakin indi biz 100% plan üzrə hərəkət edirik və Ukraynanı bu şeytanlardan azad edəcəyik”.

Ramzan Kadırov Rusiyada səfərbərlik perspektivləri haqqında isə bunları deyib: “Heç kim səfərbərlik elan etməməlidir, hamı özünü səfərbər edib prezidentin ətrafında dayanmalıdır. Vətənpərvərlik budur”.






Oxşar xəbərlər