ABŞ demokratiyanı maraqların pərdəsi konsepsiyası hazırlayıb - Politoloq rəyi


  • 19:34 / 19 05 2022 |
  • Bölmə: Siyasət


"Ermənistanda olan etiraz aksiyaları dünya ictimaiyyətinə aşkardır. Bu etiraz dalğalarının səbəbkarı Paşinyan administrasiyanın Azərbaycanla diplomatik əlaqələri nizamlamaq istəyidir. Rəsmi İrəvan Azərbaycanla danışıqlara, sülh bağlamağa, sərhəd problemlərini həll etməyə struktiv yanaşsa da, "Qarabağ klanı" buna maneə olmağa çalışır".

Bu fikirləri "Rupor"a açıqlamasında politoloq Elman Vəliyev bildirib.

O vurğulayıb ki, aksiyalar müxalifətin təhriki ilə daha da şiddətlənir:

"Həmin müxalifətdir ki, Kremlin əlaltılarıdır. Buradan belə bir məntiq yürüdəsi olsaq, bu aksiyalarda Moskvanın da barmağı, mütləq, vardır. Qərb tərəfi Ermənistanı Rusiyanın müstəmləkəsindən xilas etmək istəyir. Buna görə Ermənistanın etdiklərini gözardı etməyi bacarır. Yəni bunu öz maraqları üçün etməkdədir. Həmçinin erməni lobbisinin təsir də bu işlərdə az rol oynamır. Amerikanın keçirdiyi "demokratiya sammitinə" Türkiyənin, Azərbaycanın deyil də, Ermənistanın dəvət edilməsi buna dəlalətdir".


ABŞ-ın açıq-aydın ikili standart oyunu oynadığnı deyən Elman Vəliyev özünü demokratiya nümunəsi kimi göstərməyə çalışan Amerikanın neytral mövqe sərgiləmək mədəniyyətinin sıfıra bərabər olduğunu söyləyb: 

"ABŞ aşkar şəkildə tərəfkeşlik etməkdədir. Baydenin qondarma erməni soyqırımını dilinə gətirməsi, Fransa prezident seçkilərində namizədlərin ermənilərin leyhinə təbliğat aparılması göstərir ki, dövlətlər öz maraqları üçün bu etnik qrupdan maksimum faydalanırlar. Azərbaycanda hər hansı bir aksiya keçirilərsə, qərbin açıq təhdidlər və tənqidlərinə tuş gəliri. Həmçinin ermənilər də sosial media platformalarında bunu elə qabardırlar ki, güya, öz "dövlətciklərində" sabitlik hökm sürür. Demokratiya heç bir dövlətdə 100% formalaşmayıb. Hər bir dövlətin öz siyasi xətti olur. Demokratiyanın elə tələbələri var ki, bu siyasi xətlərin qabağına sədd çəkə bilir. Ona görə demokratiyanı maraqların pərdəsi kimi istifadə etmək konsepsiyasını seçiblər. Bəli, biz bunu bir konsepsiya kimi götürsək yanılmarıq".



Oxşar xəbərlər