
Mayın 22-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel arasında üçtərəfli görüş nəzərdə tutulub.
"Rupor" Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub.
