Fransa Brüssel görüşünü alqışlayır


  • 22:40 / 24 05 2022 |
  • Bölmə: Siyasət / Hadisə


Fransa mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan görüşün nəticələrini alqışlayır.

"Rupor" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında məlumat yer alıb.

"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən bu görüş ikitərəfli Sərhəd Komissiyasının iclasının keçirilməsi barədə razılıq əldə edilməsi ilə nəticələndi", - məlumatda deyilir.

O da qeyd edilir ki, Fransa Avropa İttifaqının himayəsi altında Ermənistan və Azərbaycan arasında dialoqu dəstəklədiyini bir daha təsdiqləyir və bu dialoqa milli zəmində töhfə verəcək. (Report)



Oxşar xəbərlər