Kraliça İlham Əliyevə təbrik göndərdi


  • 13:49 / 25 05 2022 |
  • Bölmə: Siyasət


Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Rupor"un xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram.
Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq".




Oxşar xəbərlər