Türkiyənin Qara dənizdən qaz istehlak edəcəyi tarix bəlli oldu


  • 20:55 / 28 05 2022 |
  • Bölmə: Siyasət / Hadisə


Türkiyə Qara dənizdən hasil edilən qazı 2023-cü ilin birinci rübündən istehlak etməyi planlaşdırır.

“Rupor” xəbər verir ki, bunları Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.

“Türkiyədə olan bütün vətəndaşlarımıza 2023-cü ilin birinci rübündə Qara dənizdən hasil olunan qazı mətbəxlərində yandıracaqları ilə bağlı müjdə vermək istərdim”-deyə, o bildirib.

Qeyd edək ki, Türkiyə Qara dənizdə 540 milyard kubmetr qazın hasilatı və nəqlinə təxminən on milyard dollar sərmayə qoyacaq.

Daha əvvəl enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Türkiyə Qara dənizdən qaz hasilatı ilə yeni təchizat proqramı müəyyən edəcək, Ankara tələb və təklif balansını pozmamaq üçün qısa və ortamüddətli müqavilələrə üstünlük verəcək.



Oxşar xəbərlər