Rusiya Prezidenti Vladimir Putin şənbə günü Almaniya və Fransa liderlərinə Ukraynaya silah tədarükünü artırmamaq barədə xəbərdarlıq edib.

"Rupor" xəbər verir ki, bu barədə "Aktuality" məlumat yayıb.

Kreml rəhbərinin sözlərinə görə, onun təhlükəli adlandırdığı növbəti silahlanma Ukraynada vəziyyəti daha da poza bilər və humanitar böhranı daha da kəskinləşdirə bilər.

Rusiya lideri deyib ki, Aİ-yə üzv olan iki ölkənin liderləri onu dərhal atəşkəs və rus qoşunlarının Ukraynadan çıxarılmasını" təmin etməyə çağırıblar.

"Moskva Kiyevlə dialoqu davam etdirməyə açıqdır", - Kremldən bildirib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts telefon danışığında Putini Ukrayna prezidenti Volodimir Zelenski ilə ciddi birbaşa danışıqlara və münaqişənin diplomatik həllini tapmağa çağırıblar. (publika.az)



Oxşar xəbərlər