Ermənistan Prezidenti Qarabağın Azərbaycanın olduğunu təsdiqlədi


  • 13:53 / 23 06 2022 |
  • Bölmə: Siyasət / Hadisə


"Qarabağla bağlı danışıqlarda iştirak edən vəzifəli şəxslər manevr imkanından məhrum edilməməlidir”.

“Rupor"un məlumatına görə "Qafqazinfo" “Armenia today”ə istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkənin İctimai Televiziyasına müsahibəsində müxalifətin “Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz” ifadəsini səsləndirməklə bağlı tələbini şərh edərkən deyib.

“Biz realist olmalıyıq. Əgər siz belə bir şeyi bəyan edirsinizsə, manevr hüququndan məhrum olursunuz. Biz siyasət və diplomatiyanı populizm və ictimai bəyanatlardan ayırmağı bacarmalıyıq. Biz bunu etmirik və bütün bunları bir-birinə qatırıq”, - deyə Xaçaturyan söyləyib.



Oxşar xəbərlər