Erkin Qədirli Ukraynada oldu - VİDEO


  • 18:16 / 29 06 2022 |
  • Bölmə: Siyasət / Hadisə


REAL Partiyasından millət vəkili Erkin Qədirli AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin yaratdığı alt Komitənin tərkibində Ukraynaya səfəri çərçivəsində Ukrayna Ali Radasının, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğunun və vətəndaş cəmiyyəti institutlarının rəhbərləri ilə görüşüb.

Partiyadan "Rupor"a verilən məlumata görə, görüşdə müharibə və insanlığa qarşı törədilən cinayətlər, təcavüz cinayətinin araşdırılması üçün xüsusi tribunalın, eləcə də Ukrayna dövlətinə və vətəndaşlarına vurulmuş ziyanın hesablanması və ödənilməsi üçün kompensator mexanizmin yaradılması müzakirə olunub. Həmçinin Buça və İrpen şəhərlərində qətliamların törədildiyi yerlərə baş çəkdi.





Oxşar xəbərlər