Ərdoğan - Bayden görüşündə nələr müzakirə olunub - Təfsilat


  • 22:58 / 29 06 2022 |
  • Bölmə: Siyasət / Hadisə



İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Co Bayden arasında görüş başa çatıb. 


1 saat 10 dəqiqə davam edən görüşün əvvəlində Bayden Ukrayna taxılının ölkədən çıxarılması və İsveç və Finlandiyanın üzvlüyünə görə Türkiyəyə təşəkkür edərkən, Ərdoğan NATO Zirvə toplantısında atılacaq addımların da bu ölkəyə aid olacağını dilə gətirib.

İclasda xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Prezidentin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, Prezidentin mətbuat katibi İbrahim Kalın və MİT rəhbəri Hakan Fidan da iştirak edib.

Ərdoğan ABŞ prezidentinə yenidən görüşməkdən məmnun olduğunu bildirib. NATO Zirvəsinin gündəliyi baxımından çox güclü bir zirvə olduğunu vurğulayan Ərdoğan belə deyib: "İnanıram ki, sabahkı zirvə toplantısında davam edəcək işlərimizlə ölkələrimizə tam şəkildə qayıtmaq fürsətimiz olacaq. Hazırlığınız, Xüsusilə ABŞ olaraq, NATO-nun güclənməsi üçün atılacaq addımlar başda olmaqla Rusiya-Ukrayna prosesinə xüsusi töhfə verəcək”.

Rusiya-Ukrayna müharibəsi səbəbiylə taxıl və mazutda mənfi inkişaflar olduğuna diqqət çəkən Türkiyə Prezidenti  "Bu mövzuda tarazlıq siyasəti ilə prosesi həll etməyə çalışırıq. Ümid edirik ki, bu balansla nəticə əldə edəcəyik. Gəlin bunu dəhlizdən keçirək” deyə vurğulayıb. 

Co Bayden isə Ukrayna taxılının ölkədən çıxarılması, İsveç və Finlandiyanın NATO müraciətləri ilə bağlı hərəkətlərinə həmkarına təşəkkür edib: "Əla iş görürsən. Mən sizə təşəkkür etmək istəyirəm".

ABŞ Prezidenti Türkiyə, İsveç və Finlandiya arasında imzalanan memorandumu alqışladığını da vurğulayıb. 

Liderlər Rusiyanın təcavüzünə rəğmən Ukraynaya dəstəyin davam edəcəyini bir daha söyləyiblər və  Ukraynadan taxıl ixracı qarşısındakı maneələrinin aradan qaldırılmasının vacibliyini müzakirə ediblər. 

Bununa yanaşı, prezidentlər Ege və Suriyada sabitliyin vacibliyindən söz açıblar. 

Bayden ikitərəfli münasibətləri davam etdirmək istəyini təkrarlayıb və liderlər hökumətlər arasında sıx məsləhətləşmələrə başlanması barədə razılığa gəliblər”.

Anar İsaoğlu





Oxşar xəbərlər