Ərdoğanla Putin arasında görüş 4 saatdan sonra sona çatdı - Video - Yenilənib


  • 21:55 / 05 08 2022 |
  • Bölmə: Siyasət / Hadisə




Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş 4 saatdan sonra başa çatıb.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Rusiya və Türkiyə liderləri danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər.

***

Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş 3 saatdır davam edir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

“Rupor” TASS-a istinadən xəbər verir ki, görüş Soçidə “Rus” sanatoriyasının “İmperial” korpusunun “Yaşıl” zalında keçirilir.

“Anadolu” agentliyi xəbər verir ki, Putin Ərdoğana Ukraynadan taxıl tədarükünə dair razılığa gəlməkdə göstərdiyi köməyə görə təşəkkür edib.

Ərdoğan Suriya məsələsinə diqqət çəkib: “Ümid edirəm ki, Suriya mövzusuna xüsusi diqqət yetirməyimiz bölgədəki vəziyyətə müsbət təsir edəcək”.

O qeyd edib ki, hazırkı görüş Türkiyə və Rusiyanın regionda oynadığı rolun müəyyənləşdirilməsi kontekstində xüsusi əhəmiyyət kəsb edir.





Oxşar xəbərlər