Rusiya İrəvandakı faciədən çaxnaşma kimi istifadə edir


  • 16:08 / 15 08 2022 |
  • Bölmə: Siyasət


“Surmalu” ticarət mərkəzindəki faciə fonunda Ermənistan hökumətinə yaxın olan “Baqramyan 26” teleqram kanalı Rusiya səfirliyini Ermənistan hakimiyyətini gözdən salmaq cəhdlərində ittiham edib.

“Rupor” Haqqin.az-a istinadən xəbər verir ki, paylaşım müəlliflərinin sözlərinə görə, rusiyalı təbliğatçılar İrəvanda insan tələfatı ilə bağlı faciədən Ermənistan əhalisi arasında çaxnaşmanın yayılması məqsədilə istifadə edirlər. Qeyd edilir ki, kvazijurnalist Mika Badalyan və onun tərəf müqabili Semyon Peqov xüsusilə uğur qazanıblar.

İnsidentdən dərhal sonra Badalyan bildirib ki, partlayış nəticəsində beş yaşlı qız həlak olub. Onun sözlərinə görə, bu barədə qızın cansız bədənini təxliyə etməyə kömək edən şahidlər danışıblar.

Bir az sonra bu məlumat Peqovun kanalında da yayımlanıb. Amma tezliklə Ermənistan Səhiyyə Nazirliyi bu məlumatı təkzib edib və bildirib ki, qızın həyatına heç bir təhlükə yoxdur.

“Badalyanın hərəkətlərini cəmiyyət arasında təqdim olunan rəsmi məlumatlara inamsızlıq yaratmaq məqsədilə dövlət institutlarının nüfuzdan salınmasına yönəlmiş kampaniya kimi qiymətləndirmək olar”, - “Baqramyan 26” teleqram kanalındakı paylaşımda deyilir.





Oxşar xəbərlər