Britaniyalı nazir Londondakı Azərbaycan səfirliyinə hücuma görə təəssüflənib


  • 22:52 / 15 08 2022 |
  • Bölmə: Siyasət


Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Qraham Stüart Azərbaycanın Londondakı səfirliyində təhlükəsizliklə bağlı insidentlə bağlı Azərbaycanın səfiri Elin Süleymanov ilə görüşüb.

"Rupor'" APA-ya istinadən xəbər verir ki, nazir hadisənin baş verməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.

“Avqustun 4-də Azərbaycanın Londondakı səfirliyində baş vermiş ciddi insidentindən sonra bu gün Azərbaycan səfiri Elin Süleymanovla danışdım. Hökumətin Böyük Britaniyadakı bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə verdiyi əhəmiyyəti vurğuladım və hadisənin baş verməsindən dərin təəssüf hissi keçirdiyimi bildirdim”,- deyə görüş sonrası verilən bəyanatda qeyd edilib.

Nazir bildirib ki, Böyük Britaniya ifadə azadlığı hüququnu dəstəkləmək ənənəsinə malikdir, lakin bu, dinc və qanuni nümayişlər vasitəsilə həyata keçirilməlidir.

Xatırladaq ki, avqustun 4-də bir qrup dini radikal Londonun mərkəzində yerləşən Azərbaycan səfirliyinin binasına hücum edib.

Hücum edənlər diplomatik nümayəndəliyin eyvanından dini bayraqasıb və dini şüarlar səsləndiriblər. Səkkiz hücumçu yerli polis tərəfindən saxlanılıb.



Oxşar xəbərlər