İsveç və Finlandiya NATO-nun bir addımlığında


  • 12:57 / 19 08 2022 |
  • Bölmə: Siyasət / Dünya


ABŞ dövlət katibi Entoni Blinken Finlandiya və İsveçin alyansa qəbulu ilə bağlı sazişlərin ABŞ tərəfindən ratifikasiyasına dair protokolları NATO-ya verib.

"Rupor" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ diplomatiyasının rəhbəri özünün “tvitter” hesabında məlumat yayıb.

Blinken bildirib ki, avqustun 9-da ABŞ prezidenti Co Bayden Finlandiya və İsveçin NATO-ya qəbulu haqqında sazişlərin ratifikasiyasına dair protokolları imzalayıb.

Qeyd edək ki, sənədlər bütün NATO dövlətləri tərəfindən ratifikasiya edildikdən sonra Helsinki və Stokholm təşkilata üzv olacaq. 

Xatırladaq ki, Finlandiya və İsveç mayın 18-də alyansa üzvlük üçün rəsmi müraciət ediblər.



Oxşar xəbərlər