"Rusiya ilə koordinasiya edirik" - Ərdoğan


  • 13:32 / 19 08 2022 |
  • Bölmə: Siyasət


“Suriyada atdığımız hər addımı müxtəlif səviyyələrdə Rusiya ilə koordinasiya edirik. Səlahiyyətli nümayəndələr daim müzakirələr aparırlar”.

“Rupor” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mən də cənab Putinlə danışıram. Soçidə görüşdəki Suriyadakı durum əsas məsələlərdən biri idi. Buradakı durumla əlaqədər olaraq yenə də mən cənab Putinlə, nazirlər isə öz həmkarları ilə dialoqları davam etdirirlər. Bundan sonra da belə olacaq. İranla oradakı fəaliyyətimizin daha təsirli olmasını istərdik, amma olmadı. Rusiya ilə əməkdaşlığımızı eyni qətiyyətlə davam etdirəcəyikk”, - o söyləyib.



Oxşar xəbərlər