BMT-nin Baş katibi Odessaya getdi


  • 16:39 / 19 08 2022 |
  • Bölmə: Siyasət / Hadisə


BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynaya səfəri çərçivəsində Odessa dəniz limanına gedib.

“Rupor” xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.

“BMT-nin Baş katibi Quterreş Odessa limanına gəlib”, - o bildirib.

Xatırladaq ki, A.Quterreş avqustun 17-dən Ukraynada səfərdədir. O, bundan qabaq Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.



Oxşar xəbərlər