6 ölkəyə yeni səfir təyin olundu - Yeniləndi


  • 18:37 / 19 08 2022 |
  • Bölmə: Siyasət / Hadisə


Prezident İlham Əliyev daha üç ölkəyə yeni səfir təyin edib.

Bununla bağlı dövlət başçısı müvafiq sərəncamlar verib. Sərəncama əsasən, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə Emil Zülfüqar oğlu Kərimov Azərbaycanın Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa, Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Ruslan Novruz oğlu Rzayev Azərbaycanın Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edillib.

Digər bir sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Azərbaycan Argentina, Koreya və Braziliyaya yeni səfirlər təyin edib.

"Rupor" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb.

Belə ki, Rəmzi Kazım oğlu Teymurov Azərbaycanın Koreya, eyni zamanda Monqolustandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Argentinaya səfir təyin edilib.

Bundan başqa, Ramin Müzəffər oğlu Həsənov Azərbaycanın Almaniyadakı səfiri vəzifəsindən geri çağırılaraq Koreyaya səfir təyin edilib.

Eyni zamanda Rəşad İntiqam oğlu Novruz Azərbaycanın Braziliyadakı, Emil Zülfüqar oğlu Kərimov Küveytdəki, Ruslan Novruz oğlu Rzayev isə Kubadakı səfiri təyin edilib.





Oxşar xəbərlər