Paşinyan Makaron və Putinə təcili zəng etdi


  • 08:13 / 13 09 2022 |
  • Bölmə: Siyasət



Erməni terrorçularının Daşkəsən, Kəlbəcər, Laçın rayonlarına qarşı dünən axşam törətdikləri terror əməllərinə cavab olaraq Azərbaycan Ordusunun nəticəli həmlələrindən təşvişə düşən baş nazir Nikol  Paşinyan Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

"Rupor''" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar barədə danışıblar.

Paşinyanla Putin arasında da eyni mövzuda - sərhəddə vəziyyətin gərginləşməsi ətrafında müzakirə aparılıb.





Oxşar xəbərlər