Qubad İbadoğlunun müxalifətdə olması onun deputat qardaşına problem yaradır? - Cavab


  • 13:12 / 23 09 2022 |
  • Bölmə: Siyasət / Hadisə


"Qardaşınız, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun müxalifətdə olması sizin Milli Məclisdəki fəaliyyətinizə, hakim partiyanın üzvləri ilə münasibətlərə necə təsir edir?


"Rupor" xəbər verir ki, bu sual Qafqazinfo.az-ın aldğı müsahibədə iqtisadçı deputat Vüqar Bayramova ünvanlanıb. 

Vüqar Bayramovun cavabını təqdim edirik: 

"Hakim partiyanın üzvləri ilə münasibətlərə təsir etmir. Ümumiyyətlə, mən hər zaman qeyd etmişəm ki, hər bir şəxsin öz fəaliyyətinə görə qiymətləndirilməsi və qiymət verilməsinə ehtiyac var. Kiminsə məsələlərə baxışı müxtəlif ola bilər, kimsə müxalifətdə ola bilər, kimsə müstəqil ola bilər. Lakin hər bir şəxsin olduğu sahədə fəaliyyətinə uyğun qiymət verilməsi vacibdir. Milli Məclisdəki fəaliyyətimə təbii ki, təsir göstərmir. Çünki Milli Məclisdə bizdən istənilən aktiv şəkildə proseslərə dəstək verməkdən ibarətdir. Qanun layihələrin müzakirələrində iştirak etmək, çıxış etmək, qanun layihələrini təqdim etmək. Təbii ki, beyin mərkəzində də biz fəaliyyətimizi davam elətdiririk, tədqiqatlarımız var. Bir sıra rayonlarda beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçiririk. Həm beyin mərkəzindəki, həm də Milli Məclisdəki fəaliyyətim daha çox özümün və ya komandanın müəyyənləşdirdiyi xətt üzrə davam edir. Milli Məclisdə yeni dostlarımın böyük bir qismi hakim partiyanın üzvləridir. İndi mən ad çəkmirəm ki, digərləri inciyər. Hər iki komitədə-həm iqtisadi-siyasət, həm də sosial-siyasət komitələrində komitə sədrlərimiz hakim partiyanın üzvləridir və çox yaxşı münasibətlərimiz var. Həm Tahir Mirkişili, həm də Musa Quliyevlə dostluq münasibətlərimiz var. Müstəqil (bitərəf) deputat olmama baxmayaraq, müzakirələr zamanı hər hansı bir ayrı-seçkilik görməmişəm". 

Anar İsaoğlu



Oxşar xəbərlər