Hikmət Hacıyev Karen Donfridlə Qarabağ mövzusunda müzakirə apardı


  • 19:43 / 26 09 2022 |
  • Bölmə: Siyasət


Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə müzakirə olunub.

“Rupor” xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şəxsi tviter hesabında məlumat paylaşıb.

“H.Hacıyev və K.Donfried arasında keçirilmiş görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələləri, o cümlədən Azərbaycan-ABŞ ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu”, - deyə məlumatda bildirilir.





Oxşar xəbərlər