Türkiyədə nazir istefa verdi


  • 14:39 / 27 09 2022 |
  • Bölmə: Siyasət / Hadisə


Türkiyənin daxili işlər naziri Süleyman Soylu Nazirlər Kabinetinə istefa ərzizəsini təqdim edib. 

"Rupor" haberler.com-a istinadən xəbər verir ki, sentyabrın 26-da keçirilən iclasında ərizə Prezident Rəcəb Tayyib Ərdoğana verilib. 

Dövlət başçısının istefa ərizəsinə nə cavab verdiyi hələlik məlum deyil. Bəzi mənbələr R.T.Ərdoğanın istefa ərizəsini qəbul etdiyini bildirib.

“Milli Gazete”nın xəbərinə görə, AKP üzvü Faruk Çəlik Türkiyənin yeni daxili işlər naziri təyin olunacaq.

Xatırladaq ki, S.Soylu 2021-ci ildə də istefa ərizəsi yazmışdı. Ancaq R.T.Ərdoğan onun istefa ərizəsini qəbul etməmişdi.



Oxşar xəbərlər