Azərbaycan Özbəkistanla hərbi əməkdaşlıq edəcək


  • 12:07 / 30 09 2022 |
  • Bölmə: Siyasət


Azərbaycan və Özbəkistan arasında hərbi-texniki əməkdaşlıqla bağlı saziş təsdiq olunub. 

“Rupor” xəbər verir ki, Milli Məclis bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini təsdiq edib. 

Qeyd edək ki, saziş 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.



Oxşar xəbərlər