Bütün beynəlxalq məsələlərin Azərbaycan konteksi olsun - Anar Əsədlinin şərhi


  • 16:21 / 06 10 2022 |
  • Bölmə: Siyasət


"Fransa prezidenti Emmanuel Makronun ideya müəllifi olduğu Avropa Siyasi Birliyinin ilkin formatı hələlik qaneedicidir. Beynəlxalq münasibətlərin, birliklərin sürətlə dəyişməkdə olduğu proseslərin içindəyik. Rusiyanın Ukraynaya qarşı başlatdığı savaş istər-istəməz Avropa İttifaqında yeni mərhələnin başlanğıcını qoydu. Ukrayna, Moldova və Gürcüstanın çevik şəkildə Aİ-yə inteqrasiya olunması vacib və mühüm bir məsələ idi. Lakin Aİ ailəsinə alınmaq üçün xeyli əngəllər var idi. Bu, zamanında həm də Aİ-nin şüurlu şəkildə bəzi ölkələrə qarşı ədalətsiz davranışından irəli gəlirdi. Məsələn, Türkiyə illərdir, qapıda gözlədilirdi. Böyük Britaniya Aİ-dən ayrılmışdı".

"Rupor" xəbər verir ki, bu fikirləri Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli Rupor.az-a açıqlamasında deyib. 

Partoya başqanı bildirib ki, Aİ üzvlüyünə qəbul üçün müraciət edən bu üç ölkənin torpaqları qismən Rusiyanın nəzarətində olduğu üçün faktiki Aİ ilə Rusiyanı qarşı-qarşıya gətirəcəkdi. Bu baxımdan hesab edirəm ki, belə bir ideyanın ortaya çıxması günümüzün ağır, sürətlə dəyişən,  sürprizlərlə dolu geosiyasi durumunda uğurlu məqamdır. Makronun da dediyi kimi, Avropa qitəsinin bir araya gəlməsinin yeganə yolu Avropa İttifaqı ola bilməz:

"Əgər biz gerçəkdən də Avropaya inteqrasiyanı vacib hesab ediriksə, o zaman yeni yaradıcı ideyalara dəstək verməliyik. Bu baxımından Azərbaycanın bu platformada iştirakı hər mənada müsbət haldır. Önəmli olan dünyaya azad və ədalətli seçki mədəniyyəti göstərən, demokratik cəmiyyət ab-havası yaradan Aİ üzvü ölkələrlə diaqloq və iş birliyi içərisində olmaqdır".
 
Anar Əsədlinin fikrincə, Aİ demək elm və texnologiyanın, təhsilin qüdrəti, gücü deməkdir. Bütün güc elm və təhsilə verilir ki, bu da öz növbəsində, təbii olaraq, cəmiyyətdə yavaş-yavaş insan azadlığı problemini üzə çıxarır, dərk olunur ki, azad olmayan cəmiyyətdə elm inkişaf edə bilməz:

"Buna görə də Avropaya inteqrasiya bizim üçün çox vacib və əhəmiyyətlidir.  Bu, öz yerində.
Lakin Avropa Siyasi Birliyi adından göründüyü kimi ölkələrin demokratik dəyərlərə, təməl haqq və azadlıqlara, insan hüquqlarına gedən yolda bir işıq ola biləcəksə, ölkələrin müstəqilliyinə təhdid olan ərazi bütövlüklərinə savaş açan dövlətlərlə bağlı konkret və həlledici mövqe sərgiləyəcəksə, o zaman bu qurumun  ciddi taleyi olacaq". 


AY Partiya başqanı hesab edir ki, sadəcə enerji siyasəti və nəqliyyat müzakirə mövzusudursa, o zaman ciddi nəticə gözləməyə dəyməz.Praqa toplantısının nəticəsində Azərbaycan və Ermənistan arasında yenə sülh sazişi bağlanmayacaq, sülhə mane olan Rusiya neytrallaşdırıla bilinməyəcəksə, o zaman bunun əhəmiyyətindən danışmağa dəyməz.

Elnur



Oxşar xəbərlər